SkatAz

1.0.1 for iPhone, iPad
Free
0

0 Ratings

Update Date

2023-02-13

Size

15.0 MB

Screenshots for iPhone

iPhone
SkatAz Description
SKAT.AZ - avtomobil və mənzil satışı ilə bağlı elanların bütün populyar saytlarda tez axtarışı üçün yaradılmış terminaldır.

SKAT.AZ nə üçün yaradılıb?
Azərbaycanda internetə əlçatanlığın artması ilə avtomobil və mənzil satmaq istəyən şəxslər daha çox elan saytlarına müraciət edirlər. Alıcılar isə avtomobil satış bazarlarına və ev alqı-satqısı ilə məşğul olan maklerlərə müraciət etməkdənsə elan saytlarını izləyirlər. Nəticədə, həmin saytlarında sərfəli təklif yerləşdirərkən həmin elanı ilk görən və satıcı ilə əlaqə saxlayan şəxs uduşda olur.
SKAT.AZ tətbiqi vasitəsilə siz elanı birinci görmək üçün daima saytları izləmək məcburiyyətində qalmayacaqsız.
Siz sadəcə SKAT.AZ-da sifariş yerləşdirirsiz, lazım olan axtarış parametrlərini qeyd edirsiz. Mobil tətbiq daima elan saytlarını yoxlayacaq və sizə lazım olan təklif hər hansı saytda dərc olunarsa 1 dəqiqə ərzində sizin telefona bildiriş göndərəcək.
Qeyd edək ki, hər bir axtarış aparılan saytda gün ərzində 1000-ə qədər elan yerləşdirilir. SKAT.AZ bütün elanları dəqiqliklə filtrdən keçirərək yalnız sizə lazım olanları təqdim edir.

SKAT.AZ necə işləyir?
Siz avtomobil almaq istəyirsiz. Brend, model, il, qiymət diapazonunu qeyd edirsiz.
Siz əmlak almaq və ya icarəyə götürmək istəyirsiz. Elan növünü (almaq ya icarəyə götürmək), əmlakın növünü (yeni tikili, köhnə bina, şəxsi ev, obyekt), qiymət diapazonu, sahəni qeyd edirsiz.
Axtarış aparılan populyar saytlardan hansındasa sizin qeyd etdiyiniz parametrlərə uyğun elan yerləşdirilən kimi bu barədə telefonunuzun ekranında bildiriş alacaqsız.
Bildirişdə sizin sifarişiniz üzrə ilkin məlumatlar əks olunacaq. Daha ətraflı məlumatları həmin saytda elan yerləşdirilmiş linklə keçid edərək əldə edə biləcəksiz.

SKAT.AZ üstünlükləri.
Hazırda SKAT.AZ Azərbaycanda avtomobil və əmlak satışı üzrə bütün elanları optimallaşdıran yeganə axtarış sistemidir.
Siz bütün günü özünüzə lazım olan təklifləri tapmaq üçün elan saytlarını yoxlamaq məcburiyyətində qalmayacaqsız. Öz işlərinizlə məşğul olun, SKAT.AZ sizin telefona bildiriş göndərəcək.
Siz sifarişi yerləşdirəndən sonra istənilən vaxt axtarış parametrlərini dəyişdirə bilərsiz. Parametrlər dəyişəndən sonra axtarış həmin sifariş üzrə, lakin artıq yeni parametrlər üzrə aparılacaq.
SkatAz 1.0.1 Update
2023-02-13
Bug fix
More Information
Price:
Free
Version:
1.0.1
Size:
15.0 MB
Genre:
Utilities
Update Date:
2023-02-13
Developer:
Ramin Namazov
Language:
Azerbaijani English Russian
Developer Apps

Safe to Download

AppPure.com and the download link of this app are 100% safe. The download link of this app will be redirected to the official App Store site, thus the app is original and has not been modified in any way.

Got it
X
Share

Share this page with your friends if you find it useful

Facebook Linkedin Pinterest Tumblr Twitter Whatsapp Line
1.0.1 2023-02-13
Bug fix